“Aİ-92 benzini Avro-4 və Avro-5 standartlarına cavab verən yanacaqdır”

“SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun dövri təmiri ərzində ölkəyə idxal edilən Aİ-92 benzini Avro-4 və Avro-5 standartlarına cavab verən yanacaqdır”. Avtosfer.az xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın son vaxtlar sürücülərin benzinin keyfiyyətindən olan narazılıqları ilə bağlı sorğusuna cavab olaraq bildirib.
İ.Əhmədov qeyd edib ki, idxal edilən yanacağın keyfiyyəti ölkə daxilində istehsal edilən benzinin keyfiyyətinə uyğundur və ya ondan da yüksəkdir:
“Bu ildə keçirilən dövri təmir ərzində xaricdən 114 min ton Aİ-92 markalı benzin idxal olunub və 109 min ton həcmində əmtəə artıq Azərbaycana çatdırılıb. İdxal edilən benzinin 30 min tonu İsveçrə üzərindən, 80 min tonu Rusiyadan və 4 min tonu Türkmənistandan alınıb”.
SOCAR rəsmisinin sözlərinə görə, yaxın zamanda Heydər Əliyev adına Neft Emalı Zavodunun dövri təmiri tam başa çatdıqdan sonra benzinin ölkə daxilində istehsalı bərpa olunacaq.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti











