Albaniyada 6.4 bal gücündə zəlzələ baş verdi: azı 13 ölü, 600 yaralı - FOTO (YENİLƏNİB)

Albaniyanın paytaxtı Tirana yaxınlığında 6.4 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı azı 13-ə, yaralanların isə 600 nəfərə çatdığı bildirilib. Avtosfer.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
********* 10.00
Albaniyanın paytaxtı Tirana yaxınlığında 6.4 bal gücündə zəlzələ baş verib. Avtosfer.az "TASS"a istinadən xəbər verir ki, təbiət hadisəsi noyabrın 26-da səhər saatlarında Şijak şəhərində qeydə alınıb. “Koha Jone” nəşrinin məlumatına görə, nəticədə azı 7 nəfər ölüb, 325 nəfər isə xəsarət alıb. Yaralılar Durresa və Tiran şəhərlərində yerləşən xəstəxanalara yerləşdirilib. Bundan əlavə, xilasetmə xidmətinə kömək üçün 400-dən artıq zənglər daxil olub.
Nəşr həmçinin qeyd edir ki, Albaniya hökuməti, Tiran, Durres və Leju olmaqla ölkənin daha 3 şəhərinin təhsil müəssisələrində dərslərin dayandırılmasına qərar verib.
ABŞ-ın Geoloji Təhqiqatlar Xidməti, yeraltı təkanlar Şijak şəhərindən 10 km şimal-qərbdə qeydə alındığını, zəlzələnin ocağı 10 km dərinlikdə olduğunu bildirib.
Təkanlar, Şimali Makedoniyada, Serbiyada, Çernoqoriyada, Bosniya və Herseqovinada, Yunanıstanda, Xorvatiyada və İtaliyanın bəzi şərqi əyalətlərində hiss olunub.
Namiq Musayev




İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












