Analıq məzuniyyəti qısaldılmır, ataya da məzuniyyət pulu verilir - Deputat aydınlaşdırdı

Milli Məclisin Regional məsələlər komitəsinin iclasında toxunulan məsələlərdən biri də hamiləliyə və doğuşa görə məzuniyyətin verilməsidir. İclasda qanuna təklif edilən dəyişiklik layihəsində doğuşdan əvvəlki məzuniyyətin gözlənilən tarixdən faktiki doğuş gününə qədər ödənişli uzadılır və sonrakı məzuniyyətin qısaldılmaması qeyd olunub. Bəs bu qəliz cümlə nə deməkdir? Qanuna təklif edilən dəyişiklik layihəsinin əsas mahiyyəti nədir?
Nəzərə alaq ki, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara ödənişli məzuniyyət verilir. Bu da 126 gündür. Yəni 70 gün doğuşdan əvvəl, 56 gün isə doğuşdan sonra üçün nəzərdə tutulub.

Avtosfer.az-a açıqlama verən deputat Aydın Mirzəzadənin sözlərinə görə, bəzi hallarda məzuniyyət qısaldılmır: “Söhbət ondan gedir ki, həkim təyinatına əsasən anaya analıq məzuniyyəti verilir, amma bəzən elə olur ki, övlad dünyaya bir qədər gec gəlir. Belə olan halda məzuniyyət heç də qısaldılmır. Övladın gec və ya tez doğulması fərq etmədən məzuniyyət qanunda nəzərdə tutulmuş qaydada ödənilir”.
Aydın Mirzəzadə ana ilə yanaşı ataya da məzuniyyət verilməsi məsələsinə toxunub: “Azərbaycanda optimal variant qəbul olunub. Ataya 14 günlük ödənilən məzuniyyət verilir. Bu, istər özəl, istərsə də dövlət sektorunda çalışanlara şamil edilir. Ata istəsə ona verilən məzuniyyəti övlad dünyaya gəlməmişdən əvvəl və ya sonra istifadə edə bilər. Dövlət daim ailənin yanında durur”.
Nurcan Babək
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












