Ananın körpəsindən imtina etməsi ilə bağlı rəsmi AÇIQLAMA

"27 iyun 2026-cı il tarixində saat 00:40-də 1985-ci il təvəllüdlü hamilə qadın təcili tibbi yardım briqadası tərəfindən tibb müəssisəsinə hospitalizasiya olunub. Hamiləliyin 36-cı həftəsində olan pasiyentə "doğuşun I dövrü" və "dölyanı mayenin vaxtından əvvəl axması" diaqnozları təyin edilib və ona zəruri tibbi xidmətlər göstərilib".
Bu barədə Avtosfer.az-a Sabunçu Tibb Mərkəzindən bildirilib.
Qeyd edilib ki, pasiyent üzərində qeysəriyyə əməliyyatı icra olunub. Əməliyyat nəticəsində oğlan uşağı dünyaya gəlib. Körpənin boyu 47 sm, çəkisi isə 2 kq 600 qram olub. Uşaq çoxsaylı inkişaf qüsurları ilə doğulub.
Mərkəzdən qeyd edilib ki, zahı qadın sonrakı müşahidə və müalicə mərhələsi başa çatdıqdan sonra - iyunun 30-da yazılı iltizamnamə yazaraq övladından imtina edib və tibb müəssisəsini tərk edib.
"Bununla bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Körpənin tibb müəssisəsində olduğu müddət ərzində ona zəruri tibbi xidmətlər göstərilib və müvafiq tibbi nəzarət təmin olunub.
Azyaşlı sentyabrın 10-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələrinə təhvil verilib", - deyə açıqlamada bildirilib.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












