Anar Nəcəfli və Kamilə Babayeva barədə yazılarda nə baş verir? - ARAŞDIRMA

İki gündür bəzi saytların yaydığı iki xəbər sosial şəbəkələrdə müzakirə, daha doğrusu tənqid obyektinə çevrilib. Həmin məlumatlara qoyulan başlıq - "Kamilə Babayevanın anasının meyiti tapıldı", "Anar Nəcəfli qovuldu", sərlöhvəsi haqlı olaraq etiraz yaradıb. Məlumatda adı çəkilən şəxslər dəyərli həmkarlarımızdır, onlar jurnalistlik fəaliyyətləri ilə ictimaiyyətdə müsbət imic qazanıblar, hər iki şəxs tanınmış jurnalistdir. Kəmalə xanım müstəqil aparıcı, Anar bəy Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri və xəbər aparıcısıdır.
Avtosfer.az xəbər verir ki, yayılan məlumatlarda Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları kobud şəkildə pozulub. Gəlin bu pozuntuları müddəlarla əsaslandıraq.
Öncə onu vurğulayaq ki, Anar Nəcəflinin vəzifəsindən çıxarılması xəbəri rəsmi olaraq təsdiqlənməyib, deməli onun barəsindəki bu məzmunda informasiya əslində dezinformasiyadır - xəbər kökündən yanlışdır. Sərlöhvədəki "qovuldu" ifadəsinə gəldikdəsə insana aid olmayan, hətta təhqir mahiyyətli sözdür, cümlənin baş üzvü hesab olunan bu söz ədəbi düşüncədə insana deyiləsi ifadə deyil.
Pozuntuya qayda üzrə nəzər salaq:
PRİNSİP 1: Həqiqətə xidmət, dəqiqlik və obyektivlik
1.1 Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır.
1.2 Jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir.
PRİNSİP 2: İnformasiya qaynaqlarına sayğılı yanaşma
2.2 Qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır...
PRİNSİP 3: Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı
3.2 Jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır. Bəli, insan barəsində yazılan, hətta sərlöhvəyə çıxarılan "qovuldu" ifadəsi məhz ləyaqət hissinə toxunmaqdır. Bu bənd məhkəmə predmeti yaradır.
İkinci məlumatın başlığı o qədər kobuddur, onu Qaydalarla məzəmmət etmək belə, azdır. Hadisə təbii şəkildə baş verib, dəyərli həmkarımız Kamilə xanımın anası evində haqq dünyasına qovuşub, Allah min rəhmət etsin, jurnalistimizə böyük səbr diləyirik, hər kəsin yaşadığı və yaşaya biləcəyi bu ağır acını həmkarımızla bölüşürük.
Bu nə ritorikadır, məgər mərhum axtarışda olub ki, barəsində "meyiti tapıldı" yazırıq. Övladın hissi ilə oynamaq hansı düşüncənin məhsuludur, ad tapmaq olmur. Əslində bu hal da ləyaqət pozuntusuna cəhddir. Qaydalarda başlıqların seçilməsi ilə bağlı konkret şərt olmasa da, həmkarın şəxsi faciəsinə belə səbatsız, laqeyid, etikadan kənar yanaşmaq kökündən yanlışdır.
Jurnalist İP marağı naminə jurnalistikanın nüfuzuna xələl gətirirsə, artıq peşə davranış qaydalarını pozmuş olur./mediaekspert.az
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO










