AQTA-nın yeni tələbindən sonra ət məhsulları bahalaşacaq - EKSPERT

Azərbaycanda ət bazarında ciddi qiymət dəyişikliyinə səbəb ola biləcək yeni qərar qəbul edilib.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumata görə, bundan sonra ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. İstifadə olunan avtomobillər mütləq şəkildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi”nin sərt tələblərinə cavab verməlidir. Bu yeni qayda idxal olunan ətin qiyməti ilə bağlı bir sıra sualları gündəmə gətirib.
Mövzu ilə bağlı İqtisadçı Xalid Kərimli Avtosfer.az- açıqlamasında bildirib ki, Qida Təhlükəsizliyi Agentliyinin heyvanların daşınması zamanı beynəlxalq standartların tətbiqinə dair qərarı qısamüddətli dövrdə idxal xərclərinin artmasına səbəb ola bilər:

"İdxal xərclərinin yüksəlməsi isə öz növbəsində ölkəyə gətirilən heyvanların qiymətinə təsir göstərə bilər. Yeni tələblərə əsasən heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. Bundan əlavə, bir nəqliyyat vasitəsində daşınacaq heyvanların sayına müəyyən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Bu isə hər bir heyvan üçün daşınma və logistika xərclərinin artmasına gətirib çıxaracaq. ixtisaslaşdırılmış nəqliyyat vasitələrinin sayı məhduddur və onların istismarı adi yük avtomobilləri ilə müqayisədə daha bahadır. Nəticədə həm nəqliyyat xidmətinin qiyməti yüksələcək, həm də bir avtomobildə daha az sayda heyvanın daşınması səbəbindən hər heyvanın üzərinə düşən daşınma xərci artacaq".
İqtisadçının sözlərinə görə, logistika xərclərindəki bu artım idxal qiymətlərinə təsir göstərəcək:
"İdxalçılar, daşıyıcılar və satıcılar əlavə xərcləri məhsulun maya dəyərinə daxil edəcəklər. Bu səbəbdən qısamüddətli perspektivdə idxal olunan heyvanların qiymətində müəyyən artım müşahidə oluna bilər. Lakin bunun pərakəndə satış qiymətlərinə təsiri yalnız bu amildən asılı deyil. Burada yerli istehsalın həcmi, bazardakı rəqabət mühiti, təklif və tələbin nisbəti kimi digər iqtisadi amillər də mühüm rol oynayır. Buna görə də idxal xərclərinin artması avtomatik olaraq ətin pərakəndə satış qiymətlərinin eyni səviyyədə yüksələcəyi anlamına gəlmir. Bununla belə, son illərdə Azərbaycanda ət qiymətlərində artım müşahidə olunur və həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların idxalının bazardakı rolu getdikcə artır. Bu baxımdan yeni tələblər qiymətlərə müəyyən təsir göstərə bilər. Ancaq hesab etmirəm ki, bu, bazarda kəskin və ciddi bahalaşmaya səbəb olacaq. Uzunmüddətli perspektivdə isə qərarın müsbət tərəfləri daha çox ola bilər. Beynəlxalq standartlara uyğun daşınma heyvan itkilərinin azalmasına, xəstəlik riskinin minimuma enməsinə və baytarlıq xərclərinin aşağı düşməsinə şərait yarada bilər. Başqa sözlə, ilkin mərhələdə artan logistika xərcləri sonradan heyvan tələfatının və əlavə baytarlıq xərclərinin azalması hesabına qismən kompensasiya oluna bilər. Bu da uzunmüddətli dövrdə həm idxalçılar, həm də bazar üçün daha səmərəli nəticələr verə bilər".
Fatimə Dadaşova
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












