Argentina Dünya Çempionatından kənarlaşdırıla bilər

2,5 milyondan çox insan Argentina yığma komandasının 2026-cı il Dünya Kubokundan kənarlaşdırılmasını tələb edən petisiya imzalayıb. Avtosfer.az "Bakupost"a istinadən xəbər verir ki, petisiya Cənubi Amerikalıların Misir yığmasını 3-2 hesabı ilə məğlub etdiyi 1/8 final matçından sonra başlayıb. Qeyd edək ki, həmin oyunda Argentina əsas oyunun bitməsinə 11 dəqiqə qalmış 2-0 hesabı ilə geridə olsa da, sonda qələbə qazanıb. Matçdan sonra "fironlar" ölkəsi fransız hakim Fransua Leteksyeni ədalətsiz hakimlikdə, Beynəlxalq Futbol Assosiasiyası Federasiyasını (FİFA) isə hazırkı dünya çempionlarına, xüsusən də Argentina kapitanı Leonel Messiyə üstünlük verməkdə günahlandırıblar.
Petisiya müəlliflərinin bildirir ki, FİFA və hakimlər Lionel Messi və onun komandasına üstünlük verir:
“Qalibi artıq məlumdursa, dünyanın qalan hissəsinin kubok uğrunda yarışmasının mənası nədir? Gəlin Argentinanı Dünya Kubokundan kənarlaşdıraq ki, digər komandaların da şansı olsun".
Petisiya müəllifləri arqument olaraq, argentinalıların Misirə qarşı oyunu, yarımfinala gedən yolda "Albiseleste"nin FİFA reytinqinin ilk 10 komandasından heç biri ilə oynamaması və son üç Dünya Kubokunda Argentinanın xeyrinə doqquz penalti təyin edilməsini qeyd ediblər.
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib












