Artıq Bakıdakı “lyuk”lar adamı daha çox qorxudur... - FOTO - VİDEO

Bakının müxtəlif ərazilərində kanalizasiya “lyuk”larına aid problemlər son günlərdə gündəmə gəlməyə başlayıb.
Avtosfer.az xəbər verir ki, bu dəfə qafqazinfo-ya Səbail və Binəqədi rayonlarından şikayət daxil olub.
Vətəndaşların göndərdiyi fotolarda kanalizasiya quyularının baxımsız vəziyyətdə olduğunu görmək mümkündür. Bu isə həm vətəndaşların təhlükəsizliyinə ciddi təhdid yaradır, həm də ətraf-mühitin çirklənməsinə gətirib çıxarır.
Səbail rayon sakini bildirib ki, Badamdar qəsəbəsinin 20-ci sahə yolu boyunca yerləşən kanalizasiya quyuları baxımsız vəziyyətdədir: “Lyuk”lar yerindən tərpənib, bəziləri isə tamamilə çöküb. İstəmirik ki, hər hansı bədbəxt hadisə ilə üzləşək”.
Foto: Səbail rayonu, Badamdar qəsəbəsi
(1).jpg)
Bənzər problem Binəqədi rayonu, Cəfər Xəndan 50 küçəsində də yaşanır. Bu barədə fotolar sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.
Görüntülər onu göstərir ki, adıçəkilən ərazidə yaranmış çökəklik xəbərdarlıq nişanının yerləşdirilməsinə baxmayaraq, maşınların hərəkətinə təhlükə yaradır.
Foto: Binəqədi rayonu, Cəfər Xəndan 50 küç.

Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, Səbail rayonundakı görüntülər rabitə quyularına aiddir: “Bu, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə aid deyil. Cəfər Xəndan 50 küçəsində isə asfalt örtüyünün çökmüş hissəsi doldurulub, ərazidə asfalt qatının tam bərpası üçün aidiyyəti üzrə sifariş verilib”.
Xatırladaq ki, bir həftə öncə 27 yaşlı Cümşüd Cümşüdlü Nərimanov rayonu, Baksol yolu adlanan ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya xəttinə düşüb, bir neçə gün sonra meyiti tapılıb. Bu hadisə sosial şəbəkələrdə və mediada geniş rezonansa səbəb olub.
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?












