Arvad kotletin içərisində narkotik maddə keçirmək istəyib - FOTO

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 və 16 saylı cəzaçəkmə müəssisələrinə narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb. Bu barədə Avtosfer.az-a Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Cinayət Məcəlləsinin 317-2.1; 67.1; 177.2.2; 177.2.3; 177.2.4; 191.3.1; 29.186.2.1; 29.186.2.2 və 228.2.1-ci maddələrinə əsasən, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Zəkiyev Qahir Mirəli oğluna Xırdalan şəhər sakini Əhmədov Qədir Adil oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatdakı püstələrin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 3,930 qram olan narkotik maddə - heroin aşkar edilib.
Daha bir analoji hadisə isə 16 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Belə ki, Cinayət Məcəlləsinin 234.1; 69.3; 93.1.2 və 66.5-ci maddələrinə əsasən, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum İlyasov Kənan Həsən oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı Sumqayıt şəhər sakini İlyasova Aygün Akif qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan plastik yemək qabındakı kotletin içərisində xüsusi üsulla gizlədilmiş bükülüdə ümumi çəkisi 1,172 qram olan narkotik maddə - heroin aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Namiq
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT












