Arzum bu halda azadlığa çıxa bilər - Vəkil açıqladı

Tiktoker İlduzə Hacıyevanın (Arzum) həbsi mediada və sosial şəbəkələrdə müzakirə olunmaqda davam edir.
Avtosfer.az xəbər verir ki, hazırda diqqətlər bu iş üzrə apellyasiya məhkəməsinə yönəlib.
Artıq tiktokerin vəkilləri şikayətin hazırlanmasına başlayıb, iş üzrə əlavə dəlil və sübutlar toplayırlar.
İctimaiyyəti maraqlandıran əsas suallardan biri isə budur: Arzumun təqsirliliyi yuxarı instansiya məhkəmələri tərəfindən də təsdiqlənərsə, o, real cəza çəkmədən azadlıqda qala bilərmi?
Tanınmış vəkil Orxan Zeynalovun sözlərinə görə, apellyasiya instansiyası hökmü qüvvədə saxlasa belə, məhkəmə məhkumun himayəsində ikisi azyaşlı olmaqla 4 uşağının olmasını, onlardan birinin autizmli olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirə bilər. Bu halda Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq olunaraq 5 il 2 aylıq həbs cəzası şərti cəza ilə əvəz edilə bilər.
Bundan başqa, apellyasiya məhkəməsi məhkumun himayəsində 14 yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq, AR CM-nin 79-cu maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməsini təxirə sala bilər.
Fotoda: Vəkil Orxan Zeynalov
.png)
Vəkil Arzumun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi ilə bağlı deyir ki, Arzum təkcə Cinayət Məcəlləsinin 263.2-ci (ehtiyatsızlıqdan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə deyil, həm də 264-cü (yol-nəqliyyat hadisəsi yerini tərk etmə) maddəsi ilə təqsirli bilinib. Sonuncu maddə qəsdən törədilən cinayətlərə aid olduğundan onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi yalnız o halda mümkündür ki, şəxsə AR CM-in 264-cü maddəsi ilə azadlıqdan məhrumetmə cəzası deyil, azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.

Bəs hökm dəyişdirilmədən qanuni qüvvəyə minərsə, Arzum ən tez nə vaxt azadlığa çıxa bilər?
“Belə olan halda məhkumun Ali Məhkəməyə kassasiya şikayəti vermək hüququ qalır. Ali Məhkəmə də hökmü qüvvədə saxlayarsa, Arzum cəzasının yarısını – təxminən 2 il 7 ay hissəsini həbsdə çəkdikdən sonra vaxtından əvvəl cəzadan şərti olaraq azad edilməsi üçün məhkəməyə müraciət edə bilər. Bundan başqa, gələcəkdə qəbul ediləcək əfv sərəncamı və ya amnistiya aktı da ona şamil oluna bilər”, - Orxan Zeynalov qeyd edib./qafqazinfo
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












