Arzum ev dustaqlığına BURAXILDI - VİDEO - YENİLƏNİB

"Tiktoker "Arzum" barəsindəki azadlıqdan məhrumetmə cəzası qüvvədə qalır".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib.
"O, apellyasiya şikayəti verib. Ona münasibətdə qətimkan tədbiri dəyişdirilib. Yəni həbs qətimkan tədbiri, ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib. Bu o deməkdir ki, əgər apellyasiya instansiyası azadlıqdan məhrumetmə cəzasını qüvvədə saxlasa və ya azaldaraq qüvvədə saxlasa, "Arzum" təyin olunan cəzanı çəkəcək. Bu da ola bilər ki, ona təyin olunan cəza şərti cəza ilə əvəzlənsin", - deyə S.Məmmədov bildirib.
***12:41
20 gün əvvəl həbs edilən tiktoker İlduzə Hacıyevanın ("Arzum9999") hansı şərtlərlə ev dustaqlığına buraxılması məlum olub.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə kollegiyası müdafiə tərəfinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətini təmin edib.
Məhkəmə Arzumun dörd övladı olmasını, onlardan birinin ağır autizm xəstəliyindən əziyyət çəkməsini nəzərə alıb. Bu əsasla Arzum ev dustaqlığına buraxılıb.
Ona ev dustaqlığında olduğu müddətdə sosial şəbəkələrdən istifadə etməyə qadağa qoyulub. O, yalnız telefon vasitəsilə ailə üzvləri ilə əlaqə saxlaya biləcək.
Bundan əlavə, vəkillərin işin yenidən araşdırılması ilə bağlı vəsatəti də təmin edilib. Apellyasiya baxışının məhkəmə istintaqı ilə aparılması qərara alınıb. Yəni ki, vəkillər yenidən sübutlarını təqdim edəcək, yeni araşdırma olacaq.
***
Yol-nəqliyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer - "Arzum" ləqəbi ilə tanınan İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində verilib.
Xatırladaq ki, o, Xəzər Rayon Məhkəməsinin hökmü ilə 5 il 2 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunmuşdu.
Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunur.
***
20 gün əvvəl avtoqəza ilə bağlı həbs edilən tiktoker İlduzə Hacıyevanın - sosial şəbəkələrdə "Arzum 9999" adı ilə tanınan şəxsin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
İlduzə Hacıyeva bir qədər əvvəl konvoyun müşayiəti ilə Bakı İstintaq Təcridxanasından məhkəmə binasına gətirilib.
Onun yaxınları da məhkəmə binasına gəliblər və veriləcək qərarı gözləyirlər.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












