“Arzum”la Etibar Məmmədovu nə birləşdirir? – Sensasion detal

Tiktoker İlduzə Hacıyeva (“Arzum999”) barəsində çıxarılan həbs hökmü günlərdir müzakirə olunur. Onun günahsız olduğunu deyənlərlə yanaşı, məhkəmə hökmünü ədalətli sayanlar da var. Artıq bu mövzuda yalnız sosial şəbəkə fenomenləri danışmır, deputatlar, jurnalistlər, hüquq müdafiəçiləri də fikir bildirir.
Əsas diqqət “Arzum”un qəzadan sonra hadisəyerindən qaçmamasına, yol hərəkəti qaydasını kobud şəkildə pozmamasına yönəldilir.
İlfuzə Hacıyeva ilə bağlı ən son məlumat onun azadlığı üçün imza toplanmasıdır. Bildirilir ki, müxtəlif sosial şəbəkə qruplarında yayılan paylaşımlarda vətəndaşlara petisiyanı imzalamaq çağırışı edilir. Paylaşım müəllifləri “Arzum”un haqsız yerə həbs olunduğunu iddia edərək kampaniyaya dəstək istəyiblər.
Avtosfer.az Globalinfo.az-a istinadən xatırladır ki, Azərbaycanda imza toplamaq ənənəsi uzun müddət davam edib. 1990-cı və 2000-ci illərin əvvəllərində həbsolunan müxalifətçilərin, jurnalistlərin müdafiəsi üçün imza toplamaq kampaniyaları aparılıb. Daha çox siyasi xarakterli olan bu kampaniyalar vasitəsilə kimlərinsə həbsdən dərhal buraxılması ilə bağlı fakt yoxdur. Bu, daha çox mövzunu gündəmdə saxlamaq və həbs olunan şəxsin ictimai müdafiəsini təşkil etmək üçün atılan addım idi.
Ən kütləvi imzatoplama hadisəsi isə AMİP lideri Etibar Məmmədovla bağlı olub. O, 1990-cı ilin 20 yanvar hadisələrindən sonra Moskvada həbsedilmişdi. E.Məmmədov SSRİ paytaxtında məşhur Lefortovo həbsxanasında saxlanılırdı. Onun azadlığa çıxması üçün Azərbaycanda 2 milyon imza toplanaraq Moskvaya göndərildi. Etibar Məmmədovun həbsdən çıxmasında bu imzatoplama kampaniyasının müəyyən qədər rolu oldu.
“Arzum” Etibar Məmmədov qədər şanslı ola biləcək? Onun müdafiəsi üçün başladılmış petisiya uğurlu yekunlaşacaq? Ən əsası, bu kampaniya məhkəmə hökmünə təsir göstərəcək? Bu sualların cavabının yaxın günlərdə bilinməsi gözlənilir.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












