ASAN Beynəlxalq Assosiasiyasının rəsmi şəxslərinin görüşü keçirilib

24 dekabr 2019-cu il tarixində Bakı şəhərində dövlət xidmətləri göstərən qurumların ASAN Beynəlxalq Assosiasiyasını təmsil edən dövlətlərin yüksək səviyyəli ekspertlər görüşü keçirilib.
Məqsəd Assosiasiyasının Nizamnamə layihəsinin müzakirəsi və sənədin imzalanması məqsədi ilə üzv ölkələrin dövlətdaxili prosedurlarına ötürülməsidir.
Dövlət xidmətləri göstərən qurumların ASAN Beynəlxalq Assosiasiyasının yaradılması barədə Niyyət Bəyannaməsi 2019-cu ilin iyun ayında Bakıda təşkil olunmuş BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində imzalanıb. Bəyannaməni Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, İndoneziya, Mərakeş, Monteneqro, Türkiyə və Uqandanın dövlət xidmətləri göstərən müvafiq nazirliklərinin rəhbərləri imzalayıblar.
Assosiasiyanın Nizamnamə layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ekspert qrupu tərəfindən hazırlanaraq müvafiq ölkələrə baxılmaq üçün göndərilib. Niyyət Bəyannaməsini imzalamış ölkələr tərəfindən müsbət rəy alındıqdan sonra həmin ölkələr tərəfindən sənədin ətraflı müzakirəsi məqsədi ilə yüksək səviyyəli ekspertlərin Azərbaycanda keçiriləcək iclasda toplanması qərarlaşdırılıb.
Ekspertlərin Bakı görüşündə, həmçinin 2020-ci ildə təşkilatın Nazirlər Görüşünün yerini müəyyən etmək, qurumun təşkilatlanmasının hüquqi prosedurlarının növbəti mərhələlərini müzakirə etmək nəzərdə tutulur.
ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasında məqsəd üzv ölkələr arasında dövlət xidmətlərinin səmərəli idarə edilməsi sahəsində yaranan aktual problemlər və müasir çağırışların həll edilməsi yolları və vasitələrinin müzakirəsidir. Həmçinin strategiya və onun reallaşdırılması çərçivəsini yaratmaq məqsədilə mütəxəssislər və ekspertlərin institusional şəbəkəsini təşkil etmək, habelə dövlət xidmətlərinin gələcək inkişaf istiqamətlərini müəyyən etmək əsas prioritetlərdir.
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO










