"ASAN Xidmət" mərkəzlərində şəxsiyyət vəsiqələrinin yeni qayda ilə verilməsi heç bir sıxlıq yaratmadı

"Noyabrın 1-dən etibarən Azərbaycan vətəndaşları qeydiyyatdan asılı olmayaraq bütün "ASAN Xidmət" mərkəzlərində öz şəxsiyyət vəsiqələrini ala bilərlər".
Bu barədə jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədr müavini Ceyhun Salmanov məlumat verib.
C.Salmanovun sözlərinə görə, şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı Bakı və Sumqayıtda sıxlıq yaşanacağı ilə bağlı fikirlər olub: "Güman edilirdi ki, qeydiyyat asılılığı aradan qaldırıldıqdan sonra böyük sıxlıqlar yarana bilər. Amma ciddi problemlər yaranmayıb. Lakin vətəndaşların rahatlığı baxımından bu yenilik çox böyük əhəmiyyətə malikdir. Çünki vətəndaşlar regionlarda qeydiyyatdadılar, amma Bakı, Sumqayıt və digər iri şəhərlərdə işləyirlər. Əvvəllər onlar öz rayonlarına getmək məcburiyyətində qalırdılarsa, artıq onlar istədikləri "ASAN Xidmət" mərkəzinə gedib şəxsiyyət vəsiqələrini ala bilərlər. Hazırda bu məsələdə heç bir problem yoxdur. Dövlət qurumları ilə əlaqəli şəkildə proses qurulub. Sistem yeni tətbiq olunduğu üçün bəzən xırda məsələlər çıxır. Ümumilikdə proses qaydasında davam edir".
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












