ASCO 9 ayda 560 tona yaxın metalı təkrar emala göndərib

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 0,414 ton kağızı, 0,414 ton plastması, 558,75 ton qara metalı və 0,9 ton əlvan metalı təkrar emala göndərib.
Avtosfer.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, 9 ay ərzində ASCO gəmilərindən 74,31 m³ plastmas, 653,99 m³ qida qalığı, 625,14 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s.), 108,88 m³ istismar tullantısı, 132,1 m³ neft qalığı-şlam, 3452,2 m³ döşəməaltı lyal sular, 67721,9 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikatlı qurumlara təhvil verilməklə ərazidən kənarlaşdırılıb.
Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 21,2 ton yanmış qəlib qumu, 1131,34 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 61386 ton məişət çirkab suyu, 757,2 ton neftli döşəməaltı-lyal su, 176,4 ton sürtgü yağı, 3395,74 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s.), 643,66 m³ qida qalığı, 352,75 m³ polimer əsaslı və plastmas tullantı, 65,7 m³ yağlı və neftli tullantı, 191,41 m³ rezin tullantı, 289,05 m³ istismar tullantısı, 0,059 m³ tibbi tullantı aidiyyəti üzrə təhvil verilib.
"ASCO gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunt qatına və havaya mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür", - deyə məlumatda qeyd olunub.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF













