ASCO-nun dalğıc gəmisi "Şahdəniz" layihəsində əməliyyatlara başlayıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus "Akademik Tofiq İsmayılov" dalğıc gəmisi "Şahdəniz" layihəsi çərçivəsində əməliyyatlara başlayıb.
Avtosfer.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu məqsədlə ASCO ilə Şahdəniz layihəsinin operatoru olan bp şirkəti arasında müvafiq müqavilə imzalanıb.
"Akademik Tofiq İsmayılov" layihə üzrə həm növbətçi gəmi funksiyasını icra edəcək, həm də sualtı infrastrukturun inspeksiyası, texniki xidməti və təmiri ilə bağlı məsafədən idarə olunan əməliyyatlarda iştirak edəcək.
Əməliyyatlara hazırlıq çərçivəsində gəmi Bibiheybət Gəmi Təmiri Zavodunda təmir olunaraq, uğurla klas yoxlamasından keçib. Daha sonra DP (Dynamic Positioning – dinamik mövqe saxlama) sistemi üzrə dəniz sınaqları aparılıb və helikopter meydançası sertifikatlaşdırılıb.
Sifarişə əsasən, gəmidə dəniz təsnifat cəmiyyətinin tələblərinə uyğun olaraq ROV/MİOQ (Remotely Operated Vehicle – Məsafədən İdarə Olunan Qurğu) üçün platforma, həmçinin qurğuya xidmət edən generatorlar üçün ikinci platforma quraşdırılıb. Bu işləri ASCO-nun Zığ Gəmi Təmiri və Tikintisi Zavodunun Gəmi Təmiri Bölməsi icra edib.
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












