ASCO-nun gəmiləri yükdaşımaları bərpa edib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmiləri küləkli hava şəraitindən sonra yükdaşımaları bərpa edib.
Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, son beş gündə Xəzər dənizin Azərbaycan akvatoriyasında müşahidə olunan güclü şimal-qərb küləyi və dalğalı hava şəraiti səbəbindən lövbər dayanacaqlarına və sığınacaqlara çəkilmiş gəmilər fəaliyyətini bu gün tam bərpa edəcək.
Hava şəraitinin stabilləşməsi ilə əlaqədar artıq ASCO-nun Dəniz Nəqliyyatı Donanmasının gəmiləri ilə həyata keçirilən yük və sərnişin daşımaları adi rejimdə davam etdirilir. Xəzər Dəniz Neft Donanmasının əməliyyatlarının isə günün ikinci yarısından sonra tam bərpa olunacağı gözlənilir.
Bununla belə, heyət üzvləri hava proqnozunu nəzarətdə saxlayır və mümkün dəyişikliklərə operativ reaksiya vermək üçün təhlükəsizlik qaydalarına uyğun fəaliyyət göstərirlər.
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












