ASCO sıfır emissiya hədəfinə çatmaq üçün imkanlar araşdırır

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) sıfır emissiya hədəfinə çatmaq üçün gəmilərdə küləklə dəstəklənən hərəkətverici sistemlərin quraşdırılması imkanlarını araşdırır.
Avtosfer.az xəbər verir ki, bunu "Report"a açıqlamasında ASCO-nun Dayanıqlılıq və emissiyaların idarə edilməsi üzrə direktoru Ələkbər Əzizli bildirib.
O qeyd edib ki, gəmilərin enerji səmərəliliyinin artırılması üçün onlar təmirə gələndə pərləri cilalanır və sualtı hissələri tez-tez təmizlənir:
"Gələcəkdə isə gəmilərin gövdəsinin təmizlənməsində robot sisteminin tətbiqi nəzərdə tutulur. Hava ilə sürtünmə sistemi gəmilərin alt hissəsində mikro qabarcıqlar yaratmaqla, onun gövdəsi ilə dəniz suyu arasındakı müqaviməti azaldır. Bu sistem yanacaq sərfiyyatının və emissiyaların həcminin azaldılmasına xidmət edir. Həmçinin, gəmilərdə enerji səmərəliliyinin artırılması istiqamətində fəal iştirak edən heyəti üzvləri mükafatlandırılır”.
Direktorun sözlərinə görə, ASCO həmçinin Ətraf mühit və sosial idarəetmə sistemi tətbiqi edir.
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT












