ASCO yeni sərnişin gəmilərinin inşası üzrə son vəziyyəti açıqlayıb - FOTOLAR

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi əsasında Bakı Gəmiqayırma Zavodunda (BGZ) inşa olunan sərnişin gəmilərinin tikintisi qrafikə uyğun şəkildə davam edir.
ASCO-dan Avtosfer.az-a bildirilib ki, üç yeni sərnişin gəmisindən ikisinin sifarişi üzrə işlərin artıq 31 faizi, üçüncü gəminin isə 28 faizdən çoxu tamamlanıb.
Hər biri 50 sərnişin tutumuna malik olan gəmilərin uzunluğu 42, eni 8 metr təşkil edəcək. Sərnişin gəmiləri beynəlxalq standartlara tam uyğun şəkildə, yüksək təhlükəsizlik, enerji səmərəliliyi, ekoloji davamlılıq və komfort tələbləri nəzərə alınmaqla layihələndirilib. Bu gəmilər neft-qaz sektorunda çalışan mütəxəssislərin daşınması üçün nəzərdə tutulub. Layihənin icrası Xəzərdə neft-qaz sahəsində aparılan işlərdə dəniz nəqliyyatı xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək.
Qeyd edək ki, bu gəmilərin təhvil verilməsi ilə BGZ-də ASCO üçün inşa edilmiş gəmilərin sayı 6-ya çatacaq. Bundan öncə, 2016-cı ildə sözügedən Zavodda “Üfüq”, “Zəfər” və “Turan” adlı gəmilər tikilərək ASCO-ya təhvil verilib və həmin gəmilər uğurla istismar edilirlər.


Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












