ASCO yük daşımalarını 12 faiz artırıb

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmiləri ilə həyata keçirilən yükdaşımalar cari ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 4,1 milyon tondan 4,6 milyon tona yüksəlib.
QSC-dən Avtosfer.az-a bildirilib ki, bu ilin yanvar ayından iyun ayınadək tanker gəmiləri ilə 2,2 milyon ton yük daşınıb ki, ötən ilin ilk yarısında bu rəqəm 2 milyon ton olub. Bu da 10 faizə yaxın artım deməkdir.
Bu ilin birinci yarısında bərə və Ro-Pax tipli gəmilərlə 19 min 280 ədəd yük avtomobili daşınıb. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3 faiz artım deməkdir. Eyni tip gəmilərlə vaqon daşımalarında 4 faiz azalma qeydə alınıb. Belə ki, 2025-ci ildə 18 min 227 vaqon daşınıb, ötən il isə bu rəqəm 19 min 68 olub.
Ən yüksək artım universal quru yük gəmiləri ilə daşımalar üzrə qeydə alınıb. 2025-ci ilin ilk 6 ayı ərzində 666 min ton quru yük daşınıb ki, bu da ötən ilin eyni dövründəki (363 min 818 ton) göstəricidən təxminən 83 faiz çoxdur.

Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT












