Astarada 2 mikroavtobusu yandıran şəxs saxlanılıb - FOTO

Astara rayonunda 2 mikroavtobusu yandıran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Astara rayonunun Toradi kənd sakini N.Babayev rayon polis şöbəsinə ərizə ilə müraciət edərək gecə saatlarında ona məxsus 2 ədəd “Ford” markalı mikroavtobusun naməlum şəxs tərəfindən yandırıldığını bildirib.
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Astara rayonu Hamuşam kənd sakini İsrafil Qasımov olduğu məlum olub.
İ.Qasımov bu əməli şəxsi münasibətlər zəminində törətdiyini etiraf edib və gecə saat 03 radələrində özü ilə gətiridiyi benzinlə N.Babayevə məxsus 99 DR 809 dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobusu yandırdığını bildirib. Nəticədə həmin avtomobiltamamilə yanıb, yanaşı dayanmış N.Babayevə məxsus 99 DX 134 dövlət nömrə nişanlı “Ford” markalı digər mikroavtobus isə yanğından qismən zərər görüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Emin

Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










