Astarada çayxanadan oğurluq edən şəxs saxlanılıb - FOTO

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 4 evdən və 1 çayxanadan oğurluq edən şəxs saxlanılıb.Onun üzərindən narkotik vasitə də aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinə hazırda Rusiya Federasiyasında yaşayan Rinad Talıbova məxsus rayonun Şiyəkəran kəndində yerləşən evdən məişət əşyalarının oğurlanması ilə bağlı müraciət olunub. Polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Astara rayonunun Şiyəkəran kənd sakini Raqif Mirzəyev olduğu müəyyən edilib. R.Mirzəyev saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan bir bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülüb. Onun ətrafında aparılan əməliyyat tədbirləri ilə R.Mirzəyevin daha 3 həmkəndlisinin evindən və bir çayxanadan oğurluq etdiyi, əsasən sahiblərinin Rusiya Federasiyasında yaşadığı evləri hədəf seçdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Namiq
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...













