Astarada narkotik satan şəxs saxlanılıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi növbəti uğurlu əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilmiş 451 ədəd metadon həbi aşkarlanaraq dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a cənub bürosuna verilən xəbərə görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Təngərüd kənd sakini Səxavət Qasımov narkotik vasitə olan 4 ədəd metadon həbini satarkən saxlanılıb. Saxlanıldıqdan sonra onun üzərinə keçirilən baxış zamanı 447 ədəd metadon həbi aşkar edilərək götürülüb.
S.Qasımov narkotik vasitəni Respublika ərazisinə qaçaqmal yolu ilə keçirmiş İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
Namiq
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO










