Astarada psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində 900 qrama yaxın narkotik vasitə və psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Astara şəhər sakini əvvəllər məhkum olunmuş Teymur Baxşiyev narkotik vasitə olan 150 qram heroini satarkən cinayət başında saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 60 qram psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq T. Baxşiyevin yaşadığı evə baxış keçirilərkən oradan 380 qram heroin və 280 qram psixatrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Eyni zamanda T. Baxşiyevin borc pul müqabilində Astara rayon Ərçivan qəsəbə sakini İ. Qulamovun “Mercedes” markalı avtomobilini girov götürməsi müəyyən edilib və həmin avtomobil saxlanılan şəxsin yaşadığı evin həyətindən aşkarlanaraq götürülüb.
Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












