Atası ilə küçədən zibil toplayan Anjelina məktəbə başladı - FOTO

Bakı Şəhər Təhsil İdarəsi atası İlqar Vasilyeviçlə birlikdə zibil yığan 10 yaşlı Anjelina barədə məlumat yayıb. İdarədən Avtosfer.az-a bildirilib ki, Raskopa Anjelinanın təhsil məsələsi Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin operativ müdaxiləsi nəticəsində həllini tapıb: “Bu gün 10 yaşlı Anjelina Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə Fərdi Təhsilə cəlb edilib. Təhsil Nazirliyi və BŞTİ-i adından Anjelinaya məktəbli ləvazimatları və çanta təqdim olunub. Həmçinin, məktəbliyə yeni dərsliklər verilib. Məktəbin psixoloqu da Anjelinanın təhsil mühitinə uyğunlaşması və özünəinamının artırılması üçün onunla xüsusi məşğul olacaq”.
Qeyd edək ki, Zabrat qəsəbəsində yaşayan Anjelina və atası ailənin gündəlik xərcini zibil toplayaraq qazanır.


Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












