Autizm xəstəsi körpəni 6 mərtəbədən avtomobilin üzərinə atdı - FOTO

İstanbulda autizm xəstəsi olan xalası oğlu tərəfindən 6-cı mərtəbədən atılan 2.5 yaşlı Yunis körpə həyat mübarizəsi aparır. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, qan donduran hadisə şənbə gün Əsənlər rayonunda baş verib. Məlumata görə, 2.5 yaşlı Yunis Efe Özay anası ilə birlikdə Əsənlərdə xalasının 6-cı mərtəbədə yaşadığı mənzilinə qonaq gedib. Anası ilə xalasının söhbəti əsnasında balaca Yunis 17 yaşlı autizm xəstəsi olan xalası oğlu tərəfindən 6-cı mərtəbədən aşağı atılıb. Atılan uşaq park edilmiş avtomobilin üzərinə düşüb. Hadisədən dərhal sonra yaxınları və ətrafdakı vətəndaşlar tərəfindən xəstəxanaya çatdırılan Yunis reanimasiya şöbəsinə yerləşdirilib. Onun həyatı təhlükəsinin olduğu bildirilir.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev



Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA











