Avqust asteroid ayıdır - daha bir təhlükəli "qonağımız" var

Bu ilin avqustu, deyəsən, "asteroidlər ayı" olacaq. Şənbə günü, avqustun 10-da səhərə yaxın Yerin orbitinin yaxınlığından keçən 2006 QQ23 asteroidi tək deyil. Avqustun 28-də OU1 2019 adlı daha bir nəhəng kosmik cisim Yerdən təxminən 1 milyon km, yaxud 0,00687 astronomik vahid aralı keçəcək. Avtosfer.az sputnik-ə istinadən bildirir ki, NASA ailmlərinin hesablamalarına görə, eni 150 metr olan "Apollon" sinifli asteroid planetimizə doğru 13 km/san sürətlə hərəkət edir. "Apollon" sinfinə Yerin orbitini kəsib keçən asteroidlər daxildir. Bunların ən bariz nümayəndəsi kimi 2013-cü ilin fevralında Rusiyanın Çelyabinsk şəhərinin atmosferində partlayan göy cismini misal göstərmək olar. Həmin hadisədə mindən artıq insan əsasən zərbə dalğasından sınan pəncərə şüşələrinin qəlpələrindən xəsarət almışdı. Yaxınlaşma dərəcəsi 0.05 və bir qədər də kiçik astronomik vahid ölçülü, diametri isə 130 m-dən artıq olan bütün asteroidlər potensial təhlükəli sayılır. Daily Star bildirir ki, yaxınlaşan OU1 2019 asteroidi Gizadakı böyük piramida boydadır. Bir neçə həftə əvvəl eyni ölçülü, "şəhər qatili" adlandırılan 2019 OK asteroidi Ayla planetimizin arasında olan məsafənin beşdə biri qədər Yerdən aralı keçmişdi. Hesab edilir ki, gec aşkar olunan nəhəng qaya parçası bütöv bir şəhəri yerlə-yeksan etməyə qadir atom bombasının gücünə malik olub.
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT












