Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər

Avropa Parlamenti ittifaq ölkələrində aviasərnişinlərin hüquqlarına dair yeni qaydalarla bağlı razılığa gəlib.
Avtosfer.az xəbər verir ki, təşəbbüsə əsasən, 2027-ci ildən etibarən sərnişinlər kiçik çanta və ya bel çantasını təyyarənin salonuna ödənişsiz götürə biləcəklər. Bundan başqa, biletin əl yükü ilə birgə qiyməti bronlaşdırmanın ilkin mərhələsində göstərilməlidir. Həmçinin aviaşirkətlər sərnişinlərə reyslərin gecikməsi və ya ləğvi ilə bağlı kompensasiyalar haqqında daha aydın məlumat verməli olacaq.
Yeni qaydalara əsasən, aviadaşıyıcılar 14 yaşadək uşağın onu müşayiət edən böyük şəxslə yanaşı əyləşdirilməsinə görə əlavə ödəniş tələb edə bilməyəcək.
Avropa Parlamenti bəyan edib ki, razılaşma həm sərnişinlər, həm də aviaşirkətlər üçün şəffaflığı artıracaq. “Airlines for Europe” assosiasiyası isə xəbərdarlıq edib ki, yeniliklər aviabiletlərin qiymətlərinin bahalaşmasına səbəb ola bilər.
Vüqar
Süni intellektin biznesə zərəri xeyrindən çoxmuş
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA












