Avropada benzinin qiyməti baxımından ən əlverişli və əlverişsiz ölkələr açıqlanıb

Avropada orta əmək haqqına uyğun gəlirlə ən çox benzin almaq Lüksemburqda mümkündür. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Avropa ölkələrinin bu il iyul ayının əvvəlinə olan rəsmi statistika məlumatlarındakı Aİ-95 benzininin qiymətinin orta əməkhaqqına nisbətinə əsasən hazırlanan reytinqdə birinci pilləni tutan Lüksemburqda orta aylıq əməkhaqqı məbləğinə 2,9 min litr benzin almaq olar. İkinci yerdəki Norveç üçün bu rəqəm 2,2 min litrdir. Sonrakı yerləri 1,9 min litrdən yuxarı göstəriciyə malik Avstriya, İrlandiya, Böyük Britaniya tutur. Reytinqin son pilləsində 279 litr göstəricisinə malik Ukrayna qərarlaşıb. Həmçinin Bolqarıstan, Rumıniya, Latviya, Belarus vətəndaşları da orta aylıq əmək haqqına uzaqbaşı 560 litr benzin almaq iqtidarındadır. Aİ-95 markalı benzinin ən ucuz qiymətə satıldığı reytinqdə iştirak edən ölkələr arasında Qazaxıstan, Rusiya, Belarus və Ukrayna, ən bahalı benzin olan ölkələr sırasında isə Niderland, Norveç, Danimarka, Yunanıstan, İtaliyadır. Həmçinin ən ucuz dizel yanacağı Qazaxıstan və Rusiyada, ən bahalı isə Norveç, İsveç, İtaliya, Böyük Britaniya, Belçika, Fransadadır. Reytinqdə iştirak edən ölkələrdən yalnız Qazaxıstanda (3,9 faiz) və Ukraynada (1,3 faiz) benzin ucuzlaşıb, Maltada isə dəyişməz qalıb. Ən çox bahalaşma Bolqarıstanda (13,6 faiz), Litvada (12 faiz), Macarıstanda (11,5 faiz) qeydə alınıb. Dizel yanacağı da reytinqdə iştirak edən 33 ölkənin 28-də bahalaşıb.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










