Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir

Avropa Birliyində elektrikli avtomobillərə tələbat artmaqda davam edir. Avropa Avtomobil Sənayesi Assosiasiyasının (ACEA) açıqladığı məlumata görə, 2026-cı ilin may ayında Aİ ölkələrində 268 mindən çox yeni elektrikli avtomobil qeydiyyata alınıb.
Avtosfer.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 42,9 faiz çoxdur. Nəticədə Avropa Birliyində satılan hər beş yeni avtomobildən biri elektrik mühərrikli nəqliyyat vasitəsi olub.
ACEA-nın məlumatına görə, elektromobil satışlarındakı artım əsasən dövlət təşviq proqramları və yanacaq qiymətlərindəki dəyişikliklərlə əlaqələndirilir. Bununla belə, bazarda ən böyük pay hələ də hibrid avtomobillərə məxsusdur. May ayında hibrid modellər ümumi satışların 38 faizini təşkil edib.
Ümumilikdə Avropa avtomobil bazarında da artım müşahidə olunub. May ayında yeni avtomobillərin qeydiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artıb. İlin ilk beş ayının yekunlarına görə isə bazarın ümumi artımı 4 faizə çatıb. Almaniya, İspaniya və İtaliyada satışlar yüksəlib, Belçika, Niderland, İsveç və Fransada isə əvvəlki illə müqayisədə daha aşağı göstəricilər qeydə alınıb.
Hesabatda diqqət çəkən əsas məqamlardan biri Çin avtomobil istehsalçılarının Avropa bazarında sürətli yüksəlişidir. “BYD”, “SAIC”, “Chery” və “Leapmotor” kimi markalar ilin ilk beş ayında satışlarını altı dəfədən çox artırıblar. Xüsusilə “BYD” Avropa bazarında 2,1 faizlik pay əldə edərək “Tesla”nı geridə qoymağı bacarıb.
Avropanın aparıcı avtomobil istehsalçıları arasında isə fərqli nəticələr müşahidə olunub. “Volkswagen” satışlarını artırsa da, 1,5 faizlik artım şirkətin bazar payını qoruması üçün kifayət etməyib. “Stellantis” 5,7 faiz böyümə nümayiş etdirib, “Renault”, “Toyota” və “Hyundai” isə bazar payının bir hissəsini itirib.
Mütəxəssislərin fikrincə, elektromobillərə marağın artması və Çin istehsalçılarının aqressiv inkişaf strategiyası Avropa avtomobil bazarında rəqabəti daha da gücləndirəcək. Mövcud tendensiyanın davam edəcəyi təqdirdə, yaxın illərdə elektromobillərin bazardakı payının daha da artacağı gözlənilir.
Eltac Zülfüqaroğlu
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO
Gündəlik getdiyimiz ünvanlara çatmaq üçün 15 dəqiqə kifayət edirmi? – “Bolt”dan statistika - VİDEO












