Avtobus qapısı açıq vəziyyətdə sərnişin daşıyır - VİDEO

İçərisi sərnişinlə dolu olan avtobus qapısı açıq şəkildə hərəkət edir. Avtobusda normadan artıq sərnişin olduğundan açıq qapıdan sallaşanlar da var...
Avtosfer.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, görüntülər iki gün əvvəl axşam saatlarında Zabrat yolunda çəkilib. Sərnişindaşıma qaydalarının pozulduğu avtobus 216 saylı marşrut xəttinə aiddir. Həmin avtobuslar metronun "Koroğlu" stansiyasından Balaxanı qəsəbəsinə sərnişin daşıyır. Avtobus sürücüsünün yol verdiyi qayda pozuntusu sərnişinlərin narazılığına səbəb olub. Bəzi sərnişinlər xüsusən pik saatlarda avtobusların bu cür dolu olduğunu deyirlər.
216 saylı xəttin sürücüləri sərnişinlərin bu iddiaları ilə razılaşmırlar. Onlar bildirirlər ki, bir çox hallarda sərnişinlər qapını açıq sürməyə məcbur edirlər. Etiraz bildirəndə isə mübahisə yaranır.
Məsələ ilə bağlı daşıyıcı şirkətdən bildirildi ki, həmin sürücüyə töhmət verilib və sürücülərə bir daha belə hallara yol verməmələri tapşırılıb. Daşıyıcı şirkətdən o da bildirildi ki, həftənin birinci günündən etibarən xətdə olan avtobusların sayı artırılacaq. Pik saatlarda interval 8 dəqiqədən 5 dəqiqəyə endiriləcək.
Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, məsələ araşdırılacaq və sözügedən daşıyıcı şirkət quruma dəvət ediləcək. Belə halların təkrarlanmaması üçün tapşırıqlar veriləcək.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












