Avtobus zolağına girən sürücülərin nəzərinə - Eyni küçə boyunca ...

Şəhər yollarında avtobus zolağına qaydalardan kənar daxil olan nəqliyyat vasitələri cərimə edilir.
Bəs avtobus zolağına daxil olan avtomobil yol boyu bir neçə kameradan keçirsə, sürücüyə hər kamera üzrə ayrıca cərimə tətbiq olunur, yoxsa yalnız bir dəfə cərimə yazılır?
Avtosfer.az-ın məlumatına görə, nəqliyyat eksperti Ərşad Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, əgər sürücü eyni küçə boyunca avtobus zolağında hərəkət edirsə, ona yalnız bir cərimə tətbiq olunur:
“Lakin küçəni dəyişərsə və başqa bir küçədə yenidən avtobus zolağına daxil olarsa, bu artıq ayrı inzibati xəta sayılır və əlavə cərimə yazıla bilər. Yəni küçə dəyişmədən eyni xətt üzrə hərəkət davam edirsə, cərimə bir dəfə tətbiq olunur”.
Qeyd edək ki, avtobus zolağına daxil olan digər nəqliyyat vasitələri 100 manat məbləğində cərimə və 2 bal təyin olunur.
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT












