Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?

Bakıda avtobus marşrutlarının idarə olunmasında yeni maliyyələşmə modelinə keçid davam edir. “Brutto müqavilə” (Gross Cost Contract) sistemi ilə avtobus operatorlarının gəlirlərinin sərnişin sayından deyil, gördükləri nəqliyyat işindən asılı olması nəzərdə tutulur. Bəs bu sistem sərnişinlər üçün hansı yeniliklərə imkan yarada bilər?
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Anar Əliyev bu məsələyə diqqət çəkib.
Ekspert bildirib ki, hazırda Bakıda 5 avtobus marşrutu “brutto müqavilə” sistemi ilə fəaliyyət göstərir. Bu modeldə avtobus operatorları gəliri birbaşa sərnişindən əldə etmir. Operatorlara xidmətə görə tənzimləyici qurum tərəfindən hər kilometr üzrə ödəniş edilir.
Anar Əliyevin sözlərinə görə, sərnişinlər yeni sistemin təsirini ilk mərhələdə ciddi şəkildə hiss etməyə bilərlər. Lakin “brutto müqavilə” modeli ictimai nəqliyyatda yeni tarif və xidmət imkanlarının tətbiqi üçün daha geniş şərait yaradır.
Ekspert qeyd edib ki, bu sistemin tam tətbiqindən sonra sərnişinlər üçün limitsiz gediş paketlərinin, pulsuz transferlərin, güzəştli tariflərin və digər tarif mexanizmlərinin tətbiqi mümkün ola bilər.
“Qısaca desək, operator artıq gəliri birbaşa sərnişindən deyil, tənzimləyici qurumdan hər kilometrə görə alır. Buna görə də operatorun gəlirinin sərnişin sayından birbaşa asılılığı aradan qalxır. Sərnişin indi dərhal böyük dəyişiklik hiss etməyə bilər, amma brutto sistemi bir sıra yeni imkanların qarşısını açır”, – deyə Anar Əliyev bildirib.
Bu imkanların geniş şəkildə tətbiqinə bütün avtobus operatorlarının “brutto müqavilə” sisteminə keçidindən sonra başlanılması daha real görünür.
Ekspert hesab edir ki, yeni modelin əsas üstünlüklərindən biri ictimai nəqliyyatın yalnız sərnişin sayına görə deyil, göstərilən xidmətin həcmi və keyfiyyətinə əsaslanan şəkildə idarə olunmasına imkan verməsidir.
Eltac Zülfüqaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












