Avtobusların fəaliyyət saatının artırılması əlçatanlığa təsir edəcək? - DEPUTAT

Bakıda bəzi avtobus marşrutlarının iş saatlarının uzadılması xüsusilə axşam saatlarında ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün əlavə imkanlar yarada bilər. Lakin iş saatlarının artırılması ilə yanaşı, avtobusların hərəkət intervalı və marşrutlar üzrə nəqliyyat vasitələrinin sayı da sərnişin tələbatına uyğunlaşdırılmalıdır.
Avtosfer.az xəbər verir ki, paytaxtda bəzi avtobus marşrutlarının iş saatlarının uzadılması ictimai nəqliyyatın əlçatanlığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bəs bu dəyişiklik sərnişinlərin axşam saatlarında nəqliyyata çıxışını nə dərəcədə yaxşılaşdıra bilər və tələbatın tam qarşılanması üçün hansı əlavə tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Milli Məclisin depuatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, marşrutlarının iş saatlarının uzadılması, xüsusilə axşam saatlarında ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün mühüm rahatlıq yarada bilər:
''İnsanların işdən, təhsildən və digər gündəlik fəaliyyətlərdən sonra mənzil başına çatması üçün ictimai nəqliyyatın daha gec saatlara qədər əlçatan olması vacibdir. Bu baxımdan, marşrutların iş saatlarının sərnişin tələbatına uyğunlaşdırılması ictimai nəqliyyat xidmətinin əlçatanlığını və rahatlığını artıra bilər. Lakin yalnız iş saatlarının uzadılması məsələnin tam həlli demək deyil. Əgər avtobusların sayı artırılmadan və hərəkət intervalı optimallaşdırılmadan marşrutların iş vaxtı uzadılarsa, sərnişinlərin gözləmə müddəti uzun qala bilər. Xüsusilə axşam saatlarında sərnişin sıxlığının daha çox olduğu istiqamətlər üzrə əlavə avtobusların xəttə buraxılması və intervalların qısaldılması daha səmərəli nəticə verə bilər. Ona görə də bu məsələyə kompleks yanaşmaq lazımdır. Marşrutların iş saatları, avtobusların sayı və hərəkət intervalları real sərnişin axını əsasında müəyyənləşdirilməlidir. Əsas məqsəd yalnız avtobusların daha gec saatlara qədər işləməsi deyil, sərnişinlərin həmin saatlarda da vaxtında, rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin etmək olmalıdır''.
Fatimə
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib












