Avtobusun vurduğu piyada 2 ay sonra xəstəxanada ölüb

Sumqayıtda avtobusun vurduğu piyada xəstəxanada ölüb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, mayın 5-də saat 19:10 radələrində Quliyev Mahir Rza oğlu idarə etdiyi “İsuzu” markalı 50-AE-851 dövlət qeydiyyat nişanlı avtobusla Sülh küçəsi ilə H.Əliyev prospekti istiqamətində küçədə gedən təmir işləri səbəbindən əks istiqamətdə hərəkətdə olarkən piyada İslamov Əflan Samid oğlunu ehtiyatsızlıqdan vurub.
Nəticədə piyadanın sağlamlığına az ağır zərər vuran bədən xəsarəti alması faktı əsasında Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin (CM) 263.1-ci( yol nəqliyyat hadisəsi törətmə) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb.
İslamov Əflan Samid oğlu xəstəxanaya yerləşdirilsə də, müalicə aldığı xəstəxanada iyulun 10-da ölməsi barədə daxil olmuş məlumat əsasında Ə.İslamovun meyitinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilərək müayinəsi aparılıb və Cinayət Məcəlləsinin 263.2-ci (yol nəqliyyat hadisəsi törəmək, zərərçəkənin ölümü ilə nəticələndikdə) maddəsinə tövsif edilib.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











