Avtomobil almaq istəyən şəxs dələduzluğa məruz qalıb - VİDEO

Elan saytı vasitəsilə avtomobil almaq istəyən şəxs dələduzluğa məruz qalıb. Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, hadisə paytaxt sakini Hikmət Qaraşovun başına gəlib. Zərərçəkmişin sözlərinə görə, bir neçə gün əvvəl elan saytlarından birində dəyərindən dəfələrlə ucuz qiymətə ''Lada-Priora'' markalı avtomobil görüb. Hikmət Qaraşov həmin nömrə ilə əlaqə saxlayıb və ona avtomobilin Qax rayonunda olduğunu bildiriblər. Onlar tələb ediblər ki, maşını əldə etmək üçün beh versin və Hikmət Qaraşov onların dediyi hesaba 600 manat göndərib. Hikmət Qaraşovu inandırmaq üçün fırıldaqçılar öz adamlarını onunla evakuator sürücüsü kimi danışdırıblar ki, paytaxta çatanda zəng vurub görüşsünlər. Amma bir neçə saatdan sonra həmin şəxslərə zəng çatmayanda Hikmət Qaraşov aldadıldığını anlayıb.
Qeyd edək ki, həmin hesab nömrəsi Mingəçevir şəhər sakini Yusifli Qismət Əliabbas oğluna məxsusdur. Zərərçəkmiş Hikmət Qaraşov iddia edir ki, həmin şəxslər 5-6 nəfərlik cinayətkar qrupdur. O, hadisə ilə bağlı ərazi üzrə 13-cü polis bölməsinə məlumat verib.
Polis araşdırma apararkən o da məlum olub ki, həmin şəxslərin satdıqları avtomobillər onlara məxsus deyil. Onlar internetdən həmin avtomobillərin şəkillərini götürüb və özlərininki kimi satış üçün təklif ediblər. Faktla bağlı bölmə əməkdaşları araşdırma aparırlar.
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA












