Avtomobildə 10-12 manatlıq dava-dərman olmasa nə baş verəcək… - FOTO

Nazirlər Kabineti nəqliyyat vasitələrində saxlanılan dərman qutularının tərkibini müəyyənləşib. Baş nazir Novruz Məmmədov sentyabrın 9-da "Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı"nın təsdiq edilməsi haqqında qərar imzalayıb.
Avtosfer.Az virtualaz.org-a istinadən siyahıdakı dərmanların istifadə göstərişlərini və qiymətlərini öyrənib. Bəlli olub ki, avtomobillərdə tibbi yardım çantasını doldurmaq sürücülərə uzağı 10-12 manata başa gələrdi.
Belə ki, siyahıya daxil edilən Analgin 0.5 həbi ağrıkəsici, eyni zamanda hərarətsalıcı təsirə malikdir, qiyməti 48-50 qəpikdir. Natrium sulfasil məhlulu isə gözün infeksion-iltihabı xəstəliklərində istifadə edilir, dövlət tərəfindən tənzimlənmiş qiyməti 56 qəpikdir.
Aspirin ağkəsici, hərarətsalıcıdır. Eyni zamanda, dərmanın ürək-damar xəstəliklərindən sonra istifadəsi tövsiyə edilir. Aspirin həblərinin qiyməti 17-20 qəpikdir. Nitroqliserin həbləri ürək ağrılarında, yəni ürəktutmalarında istifadə edilir, qiyməti 90 qəpikdən başlayır.
İlk yardım çantasında vacib dərmanların siyahısında olan, 50 qəpiklik naşatır spirti özündən getmə, huşunitməsi hallarında istifadə edilir, ilkin tibbi yardım və səyahət çantalarında vacib dərmanlardan biridir. Aktivləşdirilmiş kömür isə zəhərlənmə zamanı ən populyar ilk tibbi yardım vasitəsidir, qiyməti 50 qəpikdir.
Siyahıdakı digər tibbi ləvazımatlar qanaxmanın dayandırılması, yaranın təmizlənməsi və sarğı üçün istifadə olunur. Məsələn, steril bint 40, qeyri-steril bint 40, spirtdə 5 faizli yod 40, pambıq 60 qəpik, qayçı isə 1 manat 50 qəpikdir.
Apteklərdən onu da bildiriblər ki, Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıdan sonra ilkin tibbi yardım çantalarının sifarişləri artmayıb. Hazır çantaları qiyməti əsasən sarğı materiallarının ölçüsü və dərmanların sayına görə müəyyənləşir, qiymət 12-25 manat arası dəyişir.
Virtualaz.org Bakıda bir neçə sürücü ilə söhbətləşib, məlum olub ki, çoxluq yeni siyahıdan xəbərdar deyil. Buna baxmayaraq maşınlarında tibbi yardım çantaları saxlayanlar hər halda tapılır.
Qeyd edək ki, Nazirlər Kabinetinin dərman siyahısını təsdiqləməsindən sonra DYP sürücülərə xatırlatdı ki, avtomobillərində tibbi yardım çantası saxlamayanlar üçün cərimə nəzərdə tutulur. Hərçənd bu cərimənin məbləği elə də böyük deyil-cəmi 10 manat.
Başqa sözlə, 10-12 manat xərc çəkib Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıdakı dərmanları almayanlar 10 manat cərimələnə bilər. Hərçənd elə situasiya yarana bilər ki, həmin cüzi məbləğ xərc insan həyatının xilası üçün həlledici əhəmiyyət kəsb edər. Lakin bu da ayrı mövzudur ki, Azərbaycanda ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə çoxları məlumatlı deyil.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










