Avtomobildə gizlədilən spirtli içkilər və siqaretlər aşkarlanıb - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 3 fakt üzrə 4000 ədəd müxtəlif markalı siqaretin və 19 ədəd spirtli içkinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Avtosfer.az-a bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşlarının idarə etdiyi “Vaz 21013”, “Vaz 21063” və Gürcüstan vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 2000 ədəd “Pirveli”, 2000 ədəd “King” markalı siqaret, hər biri 1 litr olmaqla 13 ədəd “Nemiroff” və 6 ədəd “Nemirovskaya” markalı spirtli içki aşkarlanıb. Faktlarla bağlı araşdırma aparılır.
Namiq
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA













