Avtomobildən 100 kq. yararsız ət aşkar olunub

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının birgə həyata keçirdiyi monitorinq zamanı Gəncə şəhəri ərazisində Kazımov Babək Vilayəddin oğluna məxsus 20-DN-525 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə 100 kq istehlaka yararsız ət aşkar olunub. AQTA-dan APA-ya verilən məlumata görə, vətəndaşa məxsus avtomobilə baxış zamanı avtomobilin yük yerində 1 baş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb. İlkin baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqonoleptik göstəricilərinə görə ətin qansızlaşdırılmasının düzgün aparılmadığı müəyyən edilib.
Ümumi çəkisi 100 kq olan, insan istehlakı üçün istifadəyə yararsız, mənşəyi məlum olmayan ətin ölmüş heyvana məxsus olduğu ehtimal edilərək ondan nümunələr götürülüb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Namiq
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











