Avtomobildən 4 hissəyə bölünmüş ayı əti aşkar edilib - VİDEO

Qəbələdə ayı əti satan şəxs tutulub. Onun idarə etdiyi avtomobildən 4 hissəyə bölünmüş ayı əti aşkar edilərək götürülüb. Özü barəsində isə rayon prokurorluğunda cinayət işi başlanıb.
Ayı əti satan şəxs tutulub. 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Qəbələ rayonu Soltanmuxa kəndi yaxınlığında ayı ətinin satılması ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.''36-BL-273'' dövlət nömrə nişanlı avtomobilin sürücüsü Tikanlı kənd sakini Səyahət Şəfiyev saxlanılıb.
Sürücü satdığı ayı əti ilə birlikdə əraziyə gələn polis tərəfindən rayon prokurorluğuna aparılıb. Səyahət Şəfiyev barəsində cinayət işi başlanıb, istintaq aparılır. Onun həmin ayını özü və yaxud da başqa şəxslər tərəfindən ovlanması araşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyir ki, adı qırmızı kitaba düşən heyvanların ovlanması cinayətdir və bunu edənlər məsuliyyətə cəlb edilirlər.
Qeyd edək ki, adı qırmızı kitaba düşən heyvanları ovlayan şəxslərin iki ilədək azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












