Avtomobildən 67 ədəd mobil telefon, külli miqdarda dərman preparatı aşkarlanıb - FOTO

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz E220 CDİ” markalı avtomobilə gömrük baxışı keçirilib.
Bu barədə Avtosfer.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağı ilə yük yerinin arasındakı boşluqda gömrük nəzarətindən gizlədilən, qutuları və aksesuarları ilə bilikdə 34 ədəd “İphone X Space Gray 64 GB”, 25 ədəd “İphone X Silver 64 GB”, 1 ədəd “İphone 7 Black 32 GB”, 1 ədəd “OnePlus7 256 GB”, 1 ədəd “OnePlus 7 Pro 256 GB”, 2 ədəd “Samsung Galaxy S10+ 128 GB”, 3 ədəd “Samsung Galaxy S10 128 GB” markalı təzə mobil telefonlar, “Daclavirocyrl 60 mg” adlı 2461 həb dərman preparatı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Sürücülük vəsiqəsi ilə bağlı inqilabi təklif – 25 yaşdan sonra…
Bəzi yollarda sıxlıq yarandı - SİYAHI - YENİLƏNİB
Bakıda kimlər pulsuz avtobuslardan istifadə edə biləcək? – AÇIQLAMA
Mövsüm meyvələri niyə bahalaşıb? - AÇIQLAMA
İran-Azərbaycan münasibətlərində nələr dəyişib? - POLİTOLOQ
Təhlükəsizlik standartlarının tətbiqində hansı problemlər var? – İZAH
Şıx çimərliyində dənizə çirkab suları axıdılır? - RƏSMİ AÇIQLAMA - VİDEO
Pulsuz ictimai nəqliyyat tıxacların qarşısını ala bilərmi? – EKSPERT
"Arzum" yenidən hakim qarşısına ÇIXARILACAQ - Vəkildən AÇIQLAMA
Sabah çimərliklərdə hava necə olacaq?
AZAL Bakı-Naxçıvan reysləri ilə bağlı məlumat yaydı












