Avtomobildən qanunsuz spirtli içkilər və tütün məmulatları müsadirə olunub - FOTO

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan spirtli içkilərin və tütün məmulatlarının realizə ediləcəyi barədə əməliyyat məlumatı daxil olub. Komitədən Avtosfer.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Mətbuat prospektində həyata keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan Respublikası vətəndaşı idarə etdiyi "Daewoo nexia" markalı minik avtomobilinin baqaj və salonuna yerləşdirilmiş 5 ədəd karton qutuda və 4 ədəd sellofan torbada olan spirtli içkiləri və tütün məmulatlarını şərti alıcıya satmaq istəyərkən saxlanılıb.
Baxış zamanı 5 ədəd karton qutular və 4 ədəd sellofan torbaların içərisindən Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış, hər biri 1l həcmində olmaqla, cəmi 149 ədəd üzərində "Nemirovskaya Osobaya Classic" yazıları olan spirtli içkilər və 1000 ədəd "Marlboro touch" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA












