Avtomobillərdən 3 minə yaxın qanunsuz siqaret aşkarlanıb - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 2960 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşlarına məxsus "Mercedes-Benz E220" və "Mitsubishi Pajero İO" markalı avtomobillər saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı hər iki vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərindən "Parliament Aqua Blue", "Marlboro Filter Plus", "Parliament Super Slims" və "Marlboro Edge" markalı ümumilikdə 2960 ədəd siqaret aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Namiq


İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI











