Avtomobillərdən qanunsuz spirtli içkilər və siqaretlər aşkarlanıb - FOTO

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə siqaretlər və spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Avtosfer.az-a bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının idarə etdiyi “Ford Transit 330”, “VAZ-21099” markalı avtomobillər saxlanılıb və sürücülər şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaşlar nəqliyyat vasitələrində gizlədilən və gömrük orqanına mütləq bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərindən hərəsindən 6 ədəd olmaqla üzərində “Çarskaya Zolotaya” və “Russkiy Standart” yazılan 1 litrlik, “Novaya Vodka” yazılan 6 ədəd 700 millilitrlik, “Qomel Veçernıy” yazılan 3 ədəd 700 millilitrlik, hərəsindən 1 ədəd olmaqla üzərində “Çar Vodka” və “Çarskaya Vodka” yazılan 1 litrlik, həmçinin “Baileys Original” yazılan 4 ədəd 1 litrlik spirtli içki, üzərində “Qilzı popirosı” yazılan 200 ədəd tütün doldurmaq üçün kağız filtri və “Marlboro Filter Plus” markalı 2000 ədəd siqaret aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Namiq
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI











