Avtomobillərin pərakəndə satışı ilə məşğul olan hüquqi şəxslərin vergi öhdəlikləri

Avtomobillərin pərakəndə satışı ilə məşğul olan hüquqi şəxslərin vergi öhdəlikləri vergi uçotuna alınarkən təqdim etdiyi ərizədə seçdiyi vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya mənfəət vergisi, ƏDV) ibarətdir. Avtosfer.az xəbər verir ki, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Azərtac-a bildirilib ki, vergiödəyicisinin ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan çox olduqda, növbəti ayın birinci günündən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur və həmin şəxslər sadələşdirilmiş vergiödəyici olmaq hüququnu itirir. Bu halda hüquqi şəxslər əldə etdikləri gəlirlərindən xərclər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi ödəməlidirlər. Eyni zamanda, kreditlərin verilməsi bankların və bank olmayan kredit təşkilatının fəaliyyətinə aid olunaraq lisenziya tələb edən fəaliyyət növlərinin siyahısına daxil edilib.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











