Avtomobillərin texniki baxış rüsumlarının bahalaşmasından gələn gəlir hara köçürülür?

2020-ci ildə “Avtomobil Yolları” məqsədli büdcə fondunun daxilolmalarının məbləği cari ildəki göstəriciyə bərabər müəyyənləşdirilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilib.
“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərə əsasən, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumunun növbəti ildən 50 faiz artırılması nəzərdə tutulur.
Lakin buna baxmayaraq, fondun mədaxil mənbələrində bu rüsum üzrə artım cəmi 2,1 milyon manat və ya 13 faiz təşkil edir. Bu da qeyd edilən 50 faizlik artımdan azdır.
Hesablama Palatası bunun səbəbini də açıqlayıb. Qeyd olunub ki, dəyişikliyə əsasən “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna ödənilən bu rüsumun 25 faizinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumların işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülməsinin nəzərdə tutulması ilə bağlıdır.
“Dövlət rüsumu haqqında” qanunun 18-ci maddəsinə dəyişiklik edilir.
Qanunun 18.65.1-ci maddəsində (Nəqliyyat vasitələrinin illik texniki baxışdan qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə) nəzərdə tutulan dövlət rüsumu artırılır.
Nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun 30 manata qaldırılması təklif olunur. Hazırda isə bu məbləğ 20 manatdır.
18.65.2-ci maddəsinə də dəyişiklik təklif edilir.
Belə ki, nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün dövlət rüsumu 20 manatdan 30 manata qaldırılır.
Qanuna dəyişikliyin 1 yanvar 2020-ci ildən qüvvəyə minəcəyi gözlənilir.
Bu halda piyadaları CƏRİMƏ GÖZLƏYİR
Oğrular maşınların daha çox bu detallarını oğurlayır – ARAŞDIRMA
"Birmarket" vətəndaşın şikayətini niyə təmin etməyib? – RƏSMİ AÇIQLAMA
Təmir işləri görülən ərazilərdə qəzaların qarşısı necə alınmalıdır? – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Bəzi yollarda sıxlıq var - SİYAHI
Çinin Orta Dəhlizə marağı Azərbaycana hansı imkanları yaradır? - POLİTOLOQ
AQTA-nın yeni tələbindən sonra ət məhsulları bahalaşacaq - EKSPERT
Maşınların düşdüyü quyu ilə bağlı açıqlama - FOTOLAR
İnzibati xətanın təkrar törədilməsinə görə daha sərt cərimələr tətbiq olunacaq - HÜQUQŞÜNAS
İctimai nəqliyyatda problemlə qarşılaşanlara VACİB tövsiyə – Bu tətbiqdən istifadə edin










