Avtovağzal əlavə avtobuslar cəlb edəcək

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Qurban bayramı ilə əlaqədar avqustun 7-dən 14-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Avtosfer.az-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib ki, bayram günlərində sərnişinlərin rahatlığının təmin olunması və sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslarının sərnişindaşıma prosesinə cəlb olunması ilə yanaşı bütün zəruri tədbirlər görüləcək.
Sərnişinlər şikayət və ya sorğularla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzinə zəng etməklə yanaşı, [email protected] e-mail ünvanına və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin “Facebook” səhifəsinə yazıb müraciət edə bilərlər.
Biletləri BBAK-ın kassalarından gündəlik və ya səfər tarixinə 10 gün qalmışdan 1 gün öncəyədək əldə etmək mümkündür. “Onlayn” qaydada bilet almaq istəyən sərnişinlər avtovagzal.az saytı üzərindən və ya mobil tətbiq vasitəsilə biletlərini təmin edə bilərlər.
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA











