Avtovağzaldan istifadə edən sərnişin sayı açıqlanıb

2019-cu ilin iyun ayı ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ümumilikdə 10 915 reyslə 287 585 sərnişin daşınıb. Bu barədə Avtosfer.az-a Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bildirilib. Məlumata görə, iyun ayı ərzində 260 000 sərnişin şəhərlərarası istiqamətlərə, 27 585 sərnişin isə Beynəlxalq reyslərlə yola düşüb. Şəhərlərarası istiqamətlərdə ən çox sərnişin axını Gəncə, Qırmızı Körpü, Xaçmaz, Quba, Qusar, Mingəçevir, Şəki şəhərlərinə olub. Beynəlxalq reyslərdə isə Marneuli, İstanbul, Tbilisi, Naxçıvan şəhərlərinə gedənlərin sayı üstünlük təşkil edir. Qabaqcadan satış kassalarından və “Onlayn” qaydada bilet alanların sayı 15 000-dən çoxdur. Sərnişin sayından asılı olaraq bölgələrə və beynəlxalq reyslərə avtobus sayı artırılıb. Ötən ilin iyun ayı ilə müqayisədə Beynəlxalq reyslərlə səfər edənlərin sayında artım müşahidə olunur.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











