Axtarışda olan avtomobili hissələrə bölüb oğurladılar - FOTO

Məhkəmə qərarı ilə müsadirə olunmalı avtomobil naməlum şəxslər tərəfindən hissələrə ayrılaraq oğurlanıb. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, insident Adıyaman vilayətində baş verib.
Məlumata görə, məhkəmə qərarı ilə müsadirə edilməli olan 06 BFF 477 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin qapıları, kapotu, oturacaqları, döşəməsi, baqaj kapotu və bir çox hissəsi, şəxsiyyətləri müəyyən olunmayan şəxs və ya şəxslər tərəfindən sökülərək aparılıb.
Sadəcə boş qalan gövdəni daha sonra Adıyaman avtovağzalı yaxınlarında tərk ediblər.
Avtomobili görən ətrafdakı insanlar vəziyyəti polisə bildiriblər.
Qısa müddət ərzində hadisə yerinə gələn polis gördükləri mənzərədən şoka düşüblər.
Aparılan araşdırma zamanı müsadirə olunmalı maşının axtarışda olduğu məlum olub.
Avtomobilin gövdəsi evuakuatorla avtodayancağa çəkilib.
Məsələ ilə bağlı təhqiqatlar aparılır.
Namiq Musayev





Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












