Axtarışda olan Gürcüstan vətəndaşı sərhədi pozarkən saxlanılıb

Oktyabrın 17-də Qax rayonu Üzümlü kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Gürcüstan vətəndaşı Qoqiçaişvili Davit Quramoviç saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı sərhəd pozucusunun Azərbaycan Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə istintaq olunan cinayət işi üzrə şübhəli şəxs qismində axtarışa verildiyi müəyyənləşdirilib.
Həmin tarixdə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azərbaycana gələn Azərbaycan vətəndaşı 1989-cu il təvəllüdlü Kişizadə Qabil Mirəhməd oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilərkən 97 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Hər 2 fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Namiq
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












